ABŞ hərbi hava qüvvələri İsfahana şiddətli hava hücumu həyata keçirib.
Bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, şiddətli hücumlar partlayıcı göbələk buludlarının əmələ gəlməsi ilə nəticələnib.
ABŞ rəsmisi "Wall Street Journal" qəzetinə bildirib ki, ABŞ İsfahandakı "böyük sursat anbarını" "iki min funtluq bunker partladıcı bombalar" ilə hədəfə alıb.
Rəsmi həmçinin əlavə edib ki, əməliyyatda çoxlu sayda bunker partladıcı bomba və ya yandırıcı sursat istifadə edilib.
visiontv.az