BƏƏ-dən Ermənistana hidravlik platforma daşıyan ağır tonnajlı konteyner maşını İranda atəşə tutulub. Bununla bağlı, “Sputnik Armenia” agentliyi xəbər verib.
Bildirilir ki, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən Nurduz sərhəd-keçid məntəqəsindən təxminən 500 kilometr aralıda baş verib.
Məlumata görə, mərmi düşən zaman sürücü hadisə yerində olmayıb. Yük maşınının dayanacaqda saxlanılması itkilərin qarşısını alıb.
Qeyd olunub ki, zədələnmiş və yanmış konteyner bir gün əvvəl İrəvana aparılıb və hazırda dəymiş ziyanın dəyərləndirilməsi aparılır.
visiontv.az