Bu isə o deməkdir ki, daxili internet kəsilə bilər.
Daxili data mərkəzləri dövlətin, bankların, müxtəlif qurumların və şirkətlərin (məsələn, telekommunikasiya sektorunun) məlumatlarının saxlanması və ötürülməsi üçün əsas infrastrukturdur.
Onlar elektron hökumət, rabitə, maliyyə əməliyyatları və hətta yanacaq paylanması kimi rəqəmsal xidmətləri təmin edir.
Əgər bu data mərkəzləri sönsə, həmin xidmətlər də işləməyəcək.
İndi isə bank sisteminə baxaq: İran pulunun dəyərinin aşağı olması səbəbindən illərdir ki, nağd pul praktik olaraq arxa plana keçib və onun yerini bank kartları alıb. Əgər data mərkəzləri kəsilərsə, bu o deməkdir ki, bazarda əməliyyatlar həyata keçirilə bilməyəcək. Çünki nə kağız pul effektivdir, nə də rəqəmsal ödəniş sistemi işləyəcək.
Məsələn, bazarda ən böyük əskinas – bir milyon tümənlik – belə, yalnız bəzi bölgələrdə təxminən 1 kilo ət almağa çatır, Tehranda isə bundan da az.
Yəni kağız pul dəyərsizləşib, rəqəmsal köçürmə də mümkün olmasa, bazar faktiki olaraq dayanır. Bu isə tamamilə yeni bir vəziyyət deməkdir yəni pul köçürməsi ümumiyyətlə mümkün olmur.
Eyni vəziyyət yanacaq sahəsində də yarana bilər. Hazırda benzin qıtlığı özü bir problemdir. Əgər onun paylanmasında da nasazlıq yaranarsa, milyonlarla avtomobil yollarda qala bilər.
Siyasi şərhçi Sadiq İsabəyli
visiontv.az