"Azərbaycan türkləri qul kimi yaşamaqdansa, at belində ölməyi özlərinə ən böyük şərəf sayırlar"- Orta əsrlər ingilis səyyahı Jonas Hanway
1740-cı illərə aid olan, Xəzər dənizi və ətraf regionları əhatə edən bu xəritənin müəllifi Jonas Hanwaydir. XVIII əsrdə yaşamış ingilis taciri və səyyahı olan Jonas Xəzər dənizi vasitəsilə İngiltərə ilə İran arasında birbaşa ticarət yolu qurmaq üçün regiona səyahət edir və burada tarixin ən güclü şəxsiyyəti olan Nadir şahla şəxsən görüşüb. Nadir şah eşidəndə ki, onun torpaqlarında quldurlar səyyahın mallarını və əşyalarını qarət ediblər, ona böyük miqdarda pul verir.
1753-cü ildə dörd cildlik "Xəzər dənizi vasitəsilə ticarət üzrə Britaniya tacirinin tarixi hesabatı" adlı kitab nəşr edir və burada xatirələrini və səfərində rast gəldiyi maraqlı hadisələri yazır. Kitabında diqqəti çəkən məqam Azərbaycan coğrafiyasında olan şəhərlər barədə ətraflı qeydlər verib.
Onun səfəri zamanı qeydlərində İrəvan şəhəri və Ermənistan barədə maraqlı məlumatlar var.
Xəritənin sol tərəfində, Xəzər dənizindən qərbdə "Aran and Erivan " yazısını görə bilərsiniz.
Səyyah o dövrdə İrəvanın coğrafi olaraq Aran bölgəsi ilə bir yerdə, vahid bir ərazi olaraq göstərir
"Erivan" adı o vaxtkı İrəvan xanlığının mərkəzi kimi qeyd olunub.
Ermənistan XVIII əsr xəritələrində bu ad dövlət strukturundan daha çox, etno-coğrafi bir bölgəni ifadə etmək üçün istifadə olunub və Azərbaycan torpaqlarında yox, indiki Türkiyənin şərq hissəsində coğrafi bir ərazi kimi qeyd edilirdi. Bu ərazi dövlət sərhədini deyil, o dövrün coğrafi təsəvvürlərindəki bir bölgə adını ifadə edirdi.
Jonasın kitabında qeyd edilən məlumatlara görə İrəvan bağlarla əhatə olunur və Zəngi çayı sahilində yerləşir.
Hanway İrəvanın əhalisi haqqında danışarkən orada həm müsəlman olan türk Azərbaycanlılarla yanaşı, həm də azsaylı ermənilərin yaşadığını qeyd edir.
Lakin o, idarəetmənin tamamilə türk Azərbaycanlı xanların əlində olduğunu və şəhərin islam memarlığı üslubunda inkişaf etdiyini yazır.
Hanway qeyd edir ki, İrəvanda yaşayan azərbaycanlı türklər olduqca cəsur, döyüşkən və eyni zamanda qonaqpərvərdirlər.
O yazır ki, xaricilərə qarşı çox nəzakətli davranırlar, lakin onların qüruruna toxunmaq təhlükəlidir.O yazır ki, yerli tacirlər sözlərinə olduqca sadiqdirlər. Bir sövdələşmə zamanı "əl sıxmaq" bəzən yazılı müqavilədən daha üstün tutulur.
"Onlar qonağı öz evlərində hər şeydən üstün tuturlar" deyə xüsusi qeyd edir.
Nadir şahin ən sadiq insanları kimi azərbaycanlı türkləri yazan səyyah yazır ki, " Bu xalq dünyanın ən dözümlü insanlarıdır. Az qida və su ilə günlərlə yol gedə bilirlər və şahlarına qarşı sarsılmaz sadiqlik bəsləyirlər."
Səyyahın yerli əhalinin mənəviyyatı və davranışları haqqında qeydləri olduqca maraqlıdır:
"Bu xalqın qonaqpərvərliyi hər cür tərifə layiqdir. Onlar üçün qonaq müqəddəsdir. Bir nəfərin evinə daxil olduğunuzda, o, sizə ən yaxşı süfrəsini açmağı özünə borc bilir. Onlar həm də çox qürurlu və cəsurdurlar; hər bir kişi özünü bir döyüşçü kimi aparır və silah gəzdirməyi şərəf sayır."
Prof.Dr. Zaur Əliyev
visiontv.az