Azad edilmiş ərazilərdə ötən ay daha 503 mina, 4922 PHS aşkarlanıb
01.04.2026

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə mart ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan  Respublikasının  Minatəmizləmə  Agentliyindən (ANAMA)  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 236 piyada əleyhinə mina, 267 tank əleyhinə mina, 4922  Partlamamış Hərbi  Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 5336.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

visiontv.az