Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yerləşən Şəms Təbrizi tarixi kompleksinin təmiri və qorunması üçün vəsait çatışmır.
Bu barədə əyalətin Mədəni İrs Təşkilatının sədr müavini Davud Fərzi məlumat yayıb.
Onun sözlərinə görə, kompleksin təmiri üçün 1oo milyard tümən (630 min dollar) lazım olsa da, bu vəsaitin yalnız 30 milyard tüməni ayrıldığına görə, təmir işləri yarımçıq qalıb.
Qeyd edək ki, Şəms Təbrizi kompleksi, sufi alimi Şəms Təbrizinin şərəfinə ucaldılmış Səfəvi dövrünə aid tarixi abidədir. Kompleksin əsasını Şah İsmayılın göstərişi ilə tikilən və üzəri qoç buynuzları ilə bəzədilmiş "Şəmsi Təbrizi minarəsi" təşkil edir.
visiontv.az