Zəncanın Tarım şəhərindən olan Qulamrza Nəcəfi yanvar ayının 14-ündə saxlanılıb və o zamandan bəri ondan xəbər yoxdur.
Onun həbsdə saxlanılması ilə eyni vaxtda həbs olunan şəxslərin ailələri yaxınlarının durumu barədə şəffaf məlumat verilməsini, vəkilə çıxış imkanını və qanuni hüquqların qorunmasını tələb edirlər.
Qeyd olunur ki, yanvar ayı etirazları zamanı Tarım şəhərində təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində bir neçə nəfər öldürülüb və çoxlu sayda insan saxlanılıb. Onların bir çoxunun sağlamlıq vəziyyəti və saxlanıldığı yer barədə hələ də məlumat yoxdur.
visiontv.az