Bu gün Hyustonun gecə göydələnlərinə baxanda mənə Amerika ideyasını xatırlatdı — sonsuzluq, genişlik, azadlığın sərhədsizliyi…
Amerikanın məhz bu genişlik fəlsəfəsi səbəbindən dünyada bir dəqiq fərqi var: burada “sən harada doğulubsan?” yox, “sən bu ölkənin dəyərlərini qəbul edirsənmi?” önəmlidir.
Reyqan demişdi: “Siz Fransada yaşaya bilərsiniz, amma fransız olmazsınız. Türkiyədə yaşaya bilərsiniz, amma türk olmazsınız. Amma Amerikada yaşayıb amerikalı ola bilərsiniz.”
Bu fikir Amerika demokratiyasının mərkəzində duran ideyanı-milli kimliyin ideallar üzərində qurulmasını ifadə edir.
Hyustonda yaşayan təxminən 2.4 milyon insanın çoxu bu ideyada yaşamaq üçün bura gəlib. Texasın ümumi əhalisi isə artıq 31 milyonu ötüb, bu ölkə hələ də imkanlar, azadlıq və inam üçün mərkəzdir.
Bu fərq onu göstərir ki, Amerika yalnız coğrafiya deyil. O, ideyadır. Amerikalı olmaq haqq deyil, seçilmiş dəyərdir.
Elbəyi Həsənli
visiontv.az