Rejim tərəfindən qətlə yetirilən daha bir azərbaycanlı
24.02.2026

Güney Azərbaycanlı Əmin İskəndəri 2026-cı ilin yanvarın 8-də Ərdəbil şəhərində keçirilən etiraz eyləmi zamanı İran rejiminin qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

39 yaşlı Əmin İskəndəri Ərdəbil sakini idi və həmin gün keçirilən eyləmdə iştirak edərkən güllə ilə vurulub.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp fevral ayının 20-də bildirib ki, İranda etirazlar zamanı “qısa müddətdə” 32 min nəfər öldürülüb.

"Time" jurnalı da ötən ay İran Səhiyyə Nazirliyindəki iki yüksək vəzifəli mənbəyə istinadən yazıb ki, 8 və 9 yanvar tarixlərindəki etirazlar zamanı ölkənin müxtəlif şəhərlərində ümumilikdə 30 minədək insan öldürülüb.

visiontv.az