TAP-la qazın nəqli sürətlənir
13.07.2026

2020-ci il 31 dekabr tarixindən TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə Azərbaycan 2026-cı ilin iyul ayına qədər Avropa bazarına ümumilikdə 60 milyard kubmetr təbii qaz ixrac edib. Bu həcmlərin 50 mlrd kubmetri və ya 83,3%-i İtaliyadakı istehlakçılara çatdırılıb.

TAP AG şirkətinin  rəsmi açıqlarığı məlumata görə, kəmərlə Avropaya 50 mlrd kubmetr qaz 1 sentyabr 2025-ci ildə həyata keçirilmişdi.

Burada Sizlərə maraqlı bir məlumatı da bölüşmək istərdim. İlk 10 milyard kubmetr qazın nəqli üçün təxminən 15 ay lazım olmuşdu (2022-ci ilin martı), lakin sonrakı illərdə ixrac həcmləri artdığından növbəti 50 milyard kubmetr cəmi dörd ildən bir qədər artıq müddətdə çatdırılıb.

Bu da TAP-ın tam gücü ilə işlədiyini və Avropada Azərbaycan qazına tələbatın davamlı artdığını göstərir.

İlham Şaban

visiontv.az