Karen Sutherland: Prezident İlham Əliyevin hər kəsi dostluğa səsləməsi diqqətəlayiq məqamdır
13.07.2026

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı hər kəsi dostluğa səsləməsi, dünya ölkələrini bir araya gətirməyə və həqiqətən müsbət bir mühit yaratmağa bu qədər açıq olması ən diqqətəlayiq məqamdır.

Bunu  müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı, “DHARANA Digital”ın direktoru Karen Sutherland deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev səsləndirdiyi fikirləri reallaşdırmağa çox sadiqdir. “Bu, mənim  Azərbaycana və  Şuşaya ikinci gəlişimdir. Xüsusilə  Şuşada hər il yaradılan yeni binalar, küçələr göz oxşayır”, - deyə Forum iştirakçısı vurğulayıb.

visiontv.az