Gənc aktrisa Manana Abuyevanı qətl edən erməni Valerinin adı niyə uzun zaman gizli saxlanıldı? 2025-ci ilin 11 fevralında istedadlı və gözəl aktrisamız Manana Abuyevanın həyatı və ölümü barədə yazı paylaşmışıdım. Bir çox mətbuat orqanı, səhifələr bu yazını paylaşdılar və hər birinə təşəkkür edirəm. Mənim üçün çox dəyərli olan İlham Tumas bu yazının daha geniş və qatilin kim olmasını araşdırmağı mənə deyəndən sonra 1 aydan çox idi bütün sənədlər, arixvlər və qəzetlərdə olan yazıları incəlməyə başladım və yeni daha geniş və qatilin adı ilə olan yazımı Sizlərə təqdim edirəm
15 mart 1944-cü ildə anadan olan Manana Abuyeva ziyalı ailəsində anadan olub. Ailəsinin dəstəyi sayəsində O, 14-15 yaşlarında kinostudiyanın diqqətini çəkmiş və filmlərə dəvət almışdı. Onun Dağıstan və ya Şimali Qafqaz mənşəli olması barədə qeydlər var, lakin ailə uzun illər Bakıda məskunlaşıb və şəhər mühitində yaşayıblar və buralı kimi özlərini təqdim ediblər.
O dövrün sovet kinosunda gənc qız aktirsalar çərçivə içərisində yetişdirilir və simaları, danışıqları, həyat tərzləri və obrazları senzuraya uyğun olurdu. Lakin Manana Abuyeva ekrana tamamilə fərqli bir nəfəs gətirdi. Onun canlandırdığı qəhrəmanlar, Sevda, Suzanna, Xonar olduqca canlı, səmimi, emosional və dövrün gəncliyini real əks etdirən obrazlar idi.
1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş Rejissor Rza Təhmasibin “Onu bağışlamaq olarmı?” filmində əsas məzmum cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyətindən və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir. Filmdə baş rollardan birini, Sevda obrazını oynayan gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır.
Bu filmin çəkilişində iştirak zamanı texniki heyətdə çalışan Valeri Avakyan adlı texniki işçi ona aşiq olur. Çəkiliş meydançasının hazırlanması, aktyorların vaxtında qrimə və çəkilişə çağırılması, rejissorun cari tapşırıqlarının yerinə yetirilməsi Valerinin işinə aid idi. Aktyorların çəkiliş qrafikini və onların kinostudiyaya gəliş-gediş saatlarını bildiyi üçün o, Mananın hər addımını asanlıqla izləyə bilirdi.
Valeri film çəkilşiləri zamanı Manana xanıma sevdiyini deyir və evlənmək təklifini ilk gündən ona edir. Valeri aktrisanın "yox" cavabını həzm edə bilməyən, eqosu yüksək və aqressivliyə meylli bir şəxs olub. Sevgi təkliflərinə rədd cavabı aldıqdan sonra o, gənc aktrisanı addım-addım təqib etməyə, psixoloji təzyiqlər göstərməyə və açıq şəkildə təhdid etməyə başlayıb. Bu təhdidlər onun cinayəti qisas məqsədli olduğunu və əvvəlcədən planlaşdırdığını göstərir.
Valerinin Bakı ermənisi olduğuna dair qeydlər olmaqla yanaşı qocaman kino işçilərinin xatirində də belə qalıb. O dövrdə "Azərbaycanfilm" kinostudiyasının texniki heyətində, işıqçı, operator və rejissor assistentliyi qruplarında Bakıda yaşayan yerli erməni icmasının nümayəndələri kifayət qədər çoxluq təşkil edirdi. Onun Bakıda doğulub-böyüdüyü, lakin etnik mənşəcə erməni olduğu ehtimal edilir.
Sevgi təklifinin növbəti dəfə rədd edilməsindən sonra o, aktı qəsdən planlaşdırır. Hadisə 1961-ci ildə, gənc aktrisanın evə qayıtdığı vaxt baş verir. Valeri artıq Manananın gündəlik hərəkət marşrutunu yaxşı bilirdi və avtomobillə küçədə pusquda duraraq gözləyirdi.
Manana yolu keçmək istəyərkən Valeri maşını yüksək sürətlə birbaşa onun üzərinə sürür. Avtomobil yaxınlaşarkən Manana onun gəlişini görür və qaçmağa çalışır. Lakin qatil gənc aktrisanı dəqiq hədəf alaraq sürəti son ana qədər artırır və ona möhkəm zərbə vurur və hadisə yerindən qaçır. Güclü zərbə nəticəsində Manana asfaltın üzərinə yıxılır və başı yerə dəyir və ağır kəllə-beyin travması və çoxsaylı daxili bədən xəsarətləri alır.
Həkimlər gənc aktrisanın həyatını xilas etmək üçün reanimasiyada saatlarla mübarizə aparırlar. Lakin aldığı xəsarətlər ağır olduğu üçün aktirsa komadan ayılmayaraq xəstəxanada dünyasını dəyişir.
Sovet dövrünün hüquq-mühafizə orqanlarının sənədlərinə görə, bu hadisə adi bir yol qəzası kimi deyil, məhz qəsdən törədilmiş qətl kimi rəsmiləşdirilir və həmin şəxs həbs olunur. O, ilkin ifadələrində avtomobilin əyləc sisteminin qəfildən sıradan çıxdığını və sükanı idarə edə bilmədiyini iddia etmişdi. Ekspertlər müəyyən edirlər ki, Valeri Manananı görən andan etibarən onu öldürmək üçün sürəti qaldırıb və hədəf onu seçib. Məhkəmə zamanı isə Valeri "O, mənim olmalı idi" deyə son sözlərini deyir və Rusiyanın şimalında qapalı düşərgəyə göndərilr və sənədlər hamısı məxfi qrifi altında gizlədilir.
"Kommunist", "Bakı", "Bakinski raboçi" və hətta “Pravda” qəzetlərində Manana xanımın qətli barədə yazılar da dərc ediir lakin qatilin adı açıqlanmır. O dövrdə caninin milli mənsubiyyətinin qabardılması "Xalqlar dostluğu" ideologiyasına zidd sayıldığından, xüsusilə Bakı kimi beynəlmiləl bir şəhərdə belə səs-küylü qətllərin təfərrüatları, cinayətkarın soyadı və etnik kökü gizli saxlanıldı və ictimaiyyətdən gizlədildi.
Manana Abuyevanın iştirak etdiyi “Gün çıxmazdan əvvəl” (qısametrajlı filmi isə bu faciənin kölgəsində qaldı və geniş kütlədən saxlanıldı. Qeyd edim ki, bu filmin də rejissoru Qriqori Məlik-Avaqyan idi
Prof.Dr. Zaur Əliyev
visiontv.az