Polşa Ukraynaya ABŞ-nin "Patriot" zenit-raket kompleksləri üçün raketlər verib.
Visiontv.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Tsezari Tomçik bildirib.
"Polşa Ukraynaya Patriot sistemi üçün 3-9 raket verib, çünki NATO-nun baş katibi bunu xahiş edib", - Tomçik bildirib.
Nazir müavini raketlərin dəqiq sayını qeyd etməyib, lakin onların Polşa ehtiyatlarının "cüzi hissəsini" təşkil etdiyini bildirib.
visiontv.az
Yaponiyanın Okinava və Kaqosima hava limanlarında qasırğa səbəbindən 470 reys ləğv edilib