İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından “icazəsiz marşrutlarla” keçməyə cəhd edən iki neft tankeri və bir yedək gəmisində yanğın baş verdiyini açıqlayıb.
SEPAH-ın məlumatına görə, tankerlərdən biri boğazın cənub gəmiçilik zolağı ilə hərəkət edərkən minaya düşüb, digəri isə boğazdan çıxmağa çalışarkən zərbəyə məruz qalıb.
Yanğını söndürmək üçün ikinci tankerin yaxınlığına gələn yedək gəmisində də yanğın başlayıb.
SEPAH, eləcə də İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam nəzarət etdiyini bəyan edib.
visiontv.az