İran özünün nüvə proqramı ilə əlaqədar Qətər vasitəsilə Birləşmiş Ştatlara yeni təklif göndərib.
Bu barədə "Reuters" agentliyi adının çəkilməsini istəməyən yüksəkvəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi vurğulayıb ki, sözügedən təklif yalnız Amerika tərəfi İslam Respublikasının irəli sürdüyü yeddi tələbi yerinə yetirdiyi təqdirdə müzakirə oluna bilər.
Nəşrin məlumatına görə, hazırda ABŞ tərəfi təqdim edilən təklifi nəzərdən keçirir, lakin məsələnin təfərrüatı hələlik məlum deyil.
visiontv.az