İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin radioelektron mübarizə bölməsinin iki ABŞ istehsalı olan “Lucas” tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini açıqlayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, hərbçilər radioelektron mübarizə vasitələrindən istifadə edərək hər iki pilotsuz aparatı zədələmədən yerə endirməyə nail olublar.
Bəyanata əsasən, ələ keçirilən dronlar qənimət kimi nəzarətə götürülüb.
visiontv.az