Antalyada COP-31-in keçiriləcəyi məkanda Azərbaycan pavilyonu qurulub
06.11.2026

Türkiyənin Antalya şəhərində noyabrın 9-da COP31-ə (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) rəsmi start verilir.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəliyindən bildirilib ki, bu tədbirdə  Azərbaycandan geniş nümayəndə heyətinin iştirakı planlaşdırılır.

Ənənəvi olaraq COP  "Mavi Zonada"  Azərbaycan pavilyonu da qurulub. Qeyd olunub ki, pavilyonda keçiriləcək tədbirlərin siyahısı mütəmadi yenilənəcək.

visiontv.az