ABŞ Dövlət katibi Marko Rubio vitse-prezident Cey Di Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gələcəyi təqdirdə, onu dəstəkləməyə hazır olduğunu ifadə edib.
Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
"Cey Di mənim çox yaxşı dostumdur. Əgər Cey Di prezidentlik yarışında iştirak edərsə, o, fenomenal namizəd olacaq. Mən bu barədə açıq şəkildə demişəm və bir daha deyirəm: mən onu dəstəkləyən ilk insan olacağam", - deyə bildirib.
Rubio özünün prezident postuna namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala isə cavab verməkdən imtina edib.
"Artıq daha 2028-ci il haqqında danışmayacağam. Sadəcə danışmayacağam", - deyə o qeyd edib.
visiontv.az