"2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyətini davam etdirib".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16.7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib:
"Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəaliyyətə dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 milyard manat olub. Kredit portfeli 14% artaraq 34.3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2.7% olub".
visiontv.az