Polşa "Barracuda" qanadlı raketlərinin istehsalına başlayır
07.07.2026

Polşada "Barracuda" qanadlı raketləri istehsal olunacaq.

Bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Sənədi Polşanın dövlət müdafiə konserni PGZ və 2 saylı Hərbi  Aviasiya  Zavodu  ABŞ-nin "Anduril Industries" şirkəti ilə imzalayıb. Mərasimdə Polşanın Baş naziri Donald Tusk, Baş nazirin müavini, milli müdafiə naziri  Vladislav Kosinyak-Kamış, həmçinin müdafiə idarəsi rəhbərinin müavinləri Maqdalena Sobkovyak-Çarnetskaya və Sezari Tomçik iştirak ediblər.

Müdafiə Nazirliyindən qeyd olunub ki, layihə  Avropada yeni sinif ucuz qanadlı raketlərin ilk irimiqyaslı istehsal xətlərindən birinin yaradılmasını nəzərdə tutur. Gələcəkdə PGZ  və  "Anduril" hər il bir neçə min "Barracuda-500M" raketi istehsal etməyi planlaşdırır.

visiontv.az