Milli fəallar müvəqqəti sərəst buraxıldı
24.02.2026

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində yaşayan təqaüdə oan müəllim və milli fəal Calal Küdürlü və tanınmış sosioloq və mədəni fəal Arəş Kəhbur bu gün Qoşaçay şəhərinin həbsxanasından sərbəst buraxılıbllar.

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, hər iki şəxs girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilib.

Onlar "hökumətə qarşı təbliğat", "ictimai rəydə təşviş yaratmaq" və "müxalifət qruplarına üzv olmaq"da günahlandırılıblar.

Qeyd edək ki, Arş Kəhbur fevralın 14-də, Calal Küdürlü isə fevralın 15-də həbs ediliblər.

Onların həbs səbəbi barədə açıqlama verilməyib.

Hər iki fəal bundan əvvəl də dinc fəaliyyətlərinə görə təqib və təzyiqlərə məz qalıblar.

visiontv.az