Almaniya kansleri Fridrix Merz Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri və regional münaqişənin həlli yollarını müzakirə edib. Söhbət zamanı İranın dəstəklədiyi husilərin hücumları da diqqət mərkəzində olub.
Tərəflər münaqişənin Almaniyada enerji qiymətlərinə təsirini və qiymətlərin sabitləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər.
Merz İranı ciddi danışıqlara başlamağa və bölgədə sabitliyi pozan addımlara son qoymağa çağırıb. O, eləcə də, Tehrandan Hörmüz boğazını daimi və məhdudiyyətsiz şəkildə açmağı, hərbi nüvə proqramını dayandırmağı tələb edib.
visiontv.az