Mənim həqiqətlərim: Gəmi batanda hamı batmır
Mənim həqiqətlərim: Gəmi batanda hamı batmır
13.07.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Müharibə və sonrakı illərdə diplomatlarımızın əməyi yüksək olub. Qalibiyyətimizi dünyaya həzm etdirməkdə layiqli xidmət göstəriblər. Bizdən də bu kollektivə peşə bayramlarını təbrik etmək düşür.

***

ABŞ-İran müharibəsi deyəsən daha da şiddətlənir. Hazırda İranın Kirman, Buşehr və Şiraz şəhərləri o cümlədən Bəndər-Abbas limanı havadan bombalanır. Düzdür rəsmi təsdiq yoxdur, amma hücumlarda İsrail təyyarələrinin də iştirak etdiyi bildirilir.

P.S. Sözün düzü Xameneinin dəfn mərasiminin gedişində bu cür qanlı qarşıdurmanın olacağını düşünürdüm. "Bəyin oğurlanması" filmində deyilən kimi bu şouda emosiya çatmırdı. Və Tehran buna nail oldu. Çünki bu qarşıdurmadan sonra bəyan edəcəklər ki, vida mərasimlərində camaatın tələb etdiyi kimi Xamenein intiqamını aldıq. ABŞ-nin ağlı olsa dayanmaz. Amma inanmıram. Bu epizodlarda qarşılıqlı razlaşmanın olduğu qənaətindəyəm. Tezliklə dayanacaqlar.

***

Sosial media sizin mənzərəli yerdə kirayə qaldığınız evdir. Bir gün sizi ordan qovanda qayıtmağa xaraba hesab etdiyiniz dədə evinizi olsun.

***

"Məşhur bloggerin dediyi yoxsa, mütəxəssisin açıqlamaları". Və yaxud sosial mediada bəyənilən 50-100 minlik yalan, yoxsa 2-3 minlik həqiqət. Cəmiyyətə və bizə birinci variant təqdim olunur. Hərşeyşunas bloggerlər ictimai fiqura, qəhrəmana çevrilir, mütəxəssislər isə iqnor edilir, işlənmiş material kimi kənara atılır. Və bu media və TV siyasətinin parçasına çevrilir.

P.S. Amma böhran anında tələm-tələsik məsuliyyəti olan ünvan axtarırlar.

P.P.S. Gəmi batanda hamı batmır. Bir neçə mayak (TV, qəzet, media) yanmalıdır ki sahil görünsün.

***

Yalan+Qəzəb+şantaj+qorxu+sensasiya= Baxış= Pul.

Bizə təqdim olunan jurnalistika bu cür işləyir.

Və həm də deyirlər ki düz olanı budur. Həqiqət isə yoxdur və yaxın illərdə tamamilə aradan qalxacaq. Yəni kim yalanı daha səsli və tez qışqırırsa qalıb də odur.

P.S. Amma bir gün YouTube, Tiktok, və digər sosial media vasitələri söndürüləndə görüm neyniyəcəksiniz.

***

"Media Masası" uğurlu başladı. Aparıcı peşakar mövqe sərgilədi. Qonaqlar diqqət çəkən simalar idi. Suallara qarşı cavablar bəzi hallarda adekvat olmasa da maraqlı fikirlər və səmimi atmosfer yarada bildilər. Sözün düzü qonaqlardan daha miqyaslı cavablar gözləyirdim. Amma ehtiyatlı fikirlər, nəticəsiz cavablar daha çox oldu. Rövşən Məmmədovun mühafizəkar baxışları və ənənəvi televiziyaya inamı, Balaş Qasımovun isə iberal və qlobalist düşüncəsi verilişə rəng qata bildi. Aparıcının suallarında tutduğu prinsipiallıq da nəzərə carptdı. Daha ətraflı yenə yazacam.

***

Mənim sualıma cavab vermədilər. Ya sualı başa düşmədilər ya da yenə fikirdən yayındılar.

Xaricdə yaşayan bəzi sosial media istifadəçilər hər gün Azərbaycanda baş verən və verməyən hadisələrə feyk, şantaj, təxribat xarakterli yanaşma ilə süjetlər, verilişlər hazırlayır. Əksəriyyəti də dövlətə qarşıdır. Dövlətdən maliyyə alan media qurumunun borcudur xaricdə hazırlanan bu təxribat xarakterli məlumatlara cavab versin. Verirlərmi? Bu məqama cavab vermək lazım idi. Telekanal rəhbərləri sualı şəxsi müstəviyə keçirdilər.

Daha sanballı cavab gözləyirdim.

Şöhrət El-Dəniz

visiontv.az