İsmail Serageldin: Azərbaycan plastiklərin təkrar emalı və bu istiqamətdə həyata keçirilən layihələrə ciddi töhfə verir
20.05.2026

“Azərbaycanın plastiklərin təkrar emalı və çirklənmə ilə mübarizə istiqamətində həyata keçirilən təşəbbüsləri ilə bağlı qürur duyuram”.

 Bunu  WUF13 çərçivəsində keçirilən  “Plastik çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” sessiyasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

O bildirib ki, həcmcə Fransanın üç qatına yaxın plastiklər okeanlarda müşahidə olunur: "Bu isə ciddi bir problemdir və hər il bu göstərici getdikcə artır".

Eyni zamanda o vurğulayıb ki, Azərbaycan plastiklərin təkrar emalı və bu istiqamətdə həyata keçirilən layihələrə ciddi töhfə verir.

visiontv.az