Çin və Rusiya hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirəcək
20.05.2026

Rusiya və Çin Ukrayna münaqişəsinin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar.

 Bu barədə Rusiya ilə Çin arasında imzalanan hərtərəfli tərəfdaşlığın və strateji qarşılıqlı əlaqənin daha da gücləndirilməsi və mehriban qonşuluq, dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında birgə bəyanatda bildirilib.

Qeyd olunub ki, Çin və Rusiya hərbi əməkdaşlıq mexanizmlərini təkmilləşdirəcəklər.

"Ölkələr silahlı qüvvələri arasında dostluğu möhkəmləndirməyə və müxtəlif çağırışlara və təhdidlərə birgə cavab verməyə davam edəcəklər.

Rusiya və Çin  ABŞ və İsrailin İrana qarşı hərbi hücumlarını beynəlxalq hüququn pozulması və Yaxın Şərqdə sabitliyin pozulması hesab edir. Ölkələr münaqişə tərəflərini danışıqlara çağırırlar.

Rusiya və Çin arasındakı münasibətlər blok və ya qarşıdurma xarakteri daşımır və üçüncü ölkələrə qarşı yönəlməyib", - bəyanatda bildirilib.

visiontv.az