Bu sessiya bizim üçün çox önəmlidir, çünki burada bütün xalqların qarşılaşdığı mənzil problemlərinin həlli ilə bağlı beynəlxalq təcrübələr sərbəst şəkildə paylaşılır.
Bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Panamanın Mənzil Təminatı və Məkan Planlaşdırılması naziri Xayme Xovane deyib.
O, WUF13-dən gözləntilərini bölüşüb: “Bu sessiyadan gözləntimiz əldə etdiyimiz təcrübələrdən ölkəmizdə istifadə edərək əhalimizin mənzil problemlərinin həlli üçün zəruri siyasətlərin həyata keçirilməsində yararlanmaqdır. Tədbirin təşkili bizi çox xoş təəssüratlandırdı. Bu tədbirin təşkilinə böyük zəhmət sərf olunub və sessiya indiyədək olduqca uğurla davam edir. Bütün gözləntiləri aşmısınız. Çox gözəl iş görmüsüz, sizi təbrik edirəm”, - deyə panamalı nazir əlavə edib.
visiontv.az