"Azəriqaz"ın baş direktoru Ağstafada sakinlərlə görüşəcək
20.05.2026

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 22 may saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.

Görüş zamanı  Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.

visiontv.az