Bakıda üç gölün tullantılardan təmizlənməsi planlaşdırılır
20.05.2026

Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq.

Bunu  Azərbaycan İqtisadiyyat Nazirliyinin  Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri  Günel Quliyeva WUF13 çərçivəsində  Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır:

“2025-ci ildə  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bankı ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin icrasını təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir.

Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün — Böyükşor, Zığ və  Xocahəsən göllərinin təmizlənməsidir.”

visiontv.az