2025-ci ildə İranın Sistan və Bəlucistan əyalətində 5-i qadın və ikisi uşaq olmaqla 81 etnik bəluc hökumət qüvvələrinin atəşi nəticəsində həlak olub.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Həmin müddət ərzində 16-ı qadın və 3-ü uşaq olmaqla 61 nəfər yaralanıb.
Bununla yanaşı 7 nəfər minaya düşərək həlak olub, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
visiontv.az