10 gün sonra Türkiyənin dəyərli jurnalisti Uğur Mumcunun qətl edilməsinin 32-ci il dönümü olacaq. 1993-cü il Yanvarın 24 -də tam 32 il öncə evinin önündə maşınına minərkən partladıldı. İşi İranın, Hizbullahın üstünə atdılar. Türkiyəni MAFİA və kirli işlərə bulaşdıran dönəmin Türkiyənin Əmniyyət Genel Müdiri Mehmet Ağar qətlin açılmasını önləyənlərdən biri idi. Nə təsadüfdür ki, Mumcunun evinə hadisədən sonra ilk gələn məhz Mehmet Ağar olmuşdu və həyat yoldaşı Güldal Mumcuya 'Biz olayı biliyoruz amma açıklayamayız. Bir tuğla çekersem duvar yıkılır' deyə mediada xəbər olmuşdu. Dəfn mərasiminə milyonlar qatıldı. Dəmirəl ' bu bizim dövlət olaraq boynumuzun borcudur', Ərdal İnönünün 'cinayətkarlar mütləq tapılacaq' sözləri sadəcə havada qaldı.
Bugünə qədər cinayətkarlar tapılmadı. Çünki hərkəs qatilin kim olduğunu bilirdi. Son yazısı olan Kürt Dosyası- Barzani və Mossad əlaqəsini gözlər önünə sərən Mumcu, yazıdan sonra İsrail səfirliyinə çağrılaraq xəbərdarlıq almışdı. Qardaşı Ceyhan Mumcu hadisəni təfərrüatı ilə açıqlamışdı. Barzaninin İraqın şimalında Mossad tərəfindən necə kukla dövlət olaraq yaradılması üçün maliyyələşdirilməsi, Amerikanın bu məsələdə silah, pul və texnologiya yardımı və s. araşdırmada öz əksini tapırdı. Uğur bəy bir başqa tərəfə də diqqət çəkirdi. Xüsusilə ılımlı islam, dinlərarası dialoq, Gülən camaatı barəsində maraqlı yazıları vardı. Ancaq susduruldu.
Ümumiyyətlə 1993-cü il Türkiyənin qaranlıq və qanlı ilidir. Turgut Özalın qəfil ölümü, Adnan Kahvecinin müəmmalı qəzası, General Əşrəf Bitlisin helicopterinin düşürülməsi, Sivasda bir sıra dincilər tərəfindən Madımak otelinin yandırılması, PKK-nın Bingöl qətliamı və say saya bildiyin qədər....Və Mumcu qətli. Bütün bunlar bölgədə gedən kirli oyunun bir parçası idi. Oyun hələ bitməyib, bugün Suriyada, İraqda və İranda oynanılır. Oyunçular dəyişib sadəcə, oyun isə köhnə oyundur. Əsl sual isə budur ki, bu oyunu pozmaq üçün nə edirik..?
Pərviz Əliyev
visiontv.az