"Bölgədəki Amerika qüvvələri qanuni hədəfdir"
14.01.2026

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edərək bildirib ki, İrana qarşı hər hansı bir hücuma sərt cavab veriləcək.

Dövlət mediasının məlumatına görə, Qalibaf deyib: "Eşitmişik ki, siz İranı təhdid etmisiniz. İranın müdafiəçiləri sizə unudulmaz bir dərs verəcəklər."

O əlavə edib ki, Vaşinqton Tehrana qarşı hərəkət edərsə, ABŞ-ın bölgədəki gücləri məhv ediləcək.

"Bölgədəki bütün Amerika mərkəzləri və qüvvələri potensial avantürizmə cavab olaraq bizim qanuni hədəflərimiz olacaq. Gəlin və bölgədəki bütün imkanlarınızın necə məhv ediləcəyini görün", - deyə o bildirib.

visiontv.az