Bu barədə danışıqlardan məlumatlı olan altı mənbə "Reuters" agentliyinə bildirib.
Mənbələrin sözlərinə görə, Çin istehsalı olan CM-302 raketlərinin alınmasına dair saziş demək olar ki, yekunlaşmaq üzrədir, lakin hələlik çatdırılma tarixi müəyyən edilməyib. Bu raketlərin təxminən 290 km uçuş məsafəsi var və gəmi müdafiə sistemlərindən yayınmaq üçün aşağı hündürlükdə və yüksək sürətlə uçmaq üçün nəzərdə tutulub. Ekspertlərin fikrincə, bu silahlar İranın zərbə imkanlarını gücləndirə və regiondakı ABŞ hərbi-dəniz qüvvələri üçün təhlükə yarada bilər.
Mənbələr bildiriblər ki, ən azı iki il əvvəl başlayan danışıqlar ötən il İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibədən sonra sürətlənib. Danışıqların irəliləməsi fonunda İranın yüksək rütbəli hərbi və hökumət rəsmiləri Çinə səfər ediblər.
İran Xarici İşlər Nazirliyi isə bildirib ki, Tehran müttəfiqləri ilə hərbi və təhlükəsizlik sahəsində razılaşmalara malikdir və hazırkı dövr bu razılaşmalardan istifadə etmək üçün münasib vaxtdır.
visiontv.az