" Erməni Soyqırımının tanınması İsraili Qarabağ ermənilərinə qarşı cinayətlərdə iştirakına görə məsuliyyətdən azad etmir."
İsrail hökumətinin 28 iyun 2026-cı ildə rəsmi olaraq Erməni Soyqırımını tanıyan qətnamə qəbul etməsi (əslində bu qətnamə hələ parlamentin təsdiqindən keçməlidir) bəzi erməni dairələri tərəfindən "sevinclə" qarşılansa da, başqa bir qrup ermənilər tərəfindən elə də razılıqla qarşılanmayıb. Belə ki, Daşnakların rəhbərlik etdiyi "Hay-Dat" təşkilatı Tel-Əvivin Qarabağ müharibəsi zamanı Azərbaycana hərbi və hərbi-texniki dəstəyinə işarə edirək daha aqressiv bəyanatla çıxış edib:
- Bəyanatda qeyd olunur ki, Erməni məsələsi həmçinin yəhudi dövləti tərəfindən Qəzzada törədilən soyqırımla bağlı çoxsaylı şahid ifadələrini açıqlayır. Eyni zamanda, Osmanlı İmperiyasında Erməni Soyqırımının tanınmasınin inkarına qarşı mübarizə baxımından vacib bir faktdır. Maraqlıdır ki, bu bəyanatı Qüdsdəki erməni icmasının lideri Akop Cernazyan da şərh edərək, İsrailin mənəvi səbəblərə görə Erməni Soyqırımını daha əvvəl tanımaq imkanı olsa da, lakin bunu o zaman əldən verdiyini və artıq gecikmiş bir qərar olduğunu qeyd edib. Bir sözlə, İsrailin bu qərarı Ermənistana və ya Cənubi Qafqaza qarşı ümumi siyasətinin dəyişdiyi anlamına gəlmir. Ona görə ki, İsrailin Azərbaycanla strateji münasibətləri (təhlükəsizlik, enerji və digər sahələr) vacib komponent olaraq qalır və hələlik bu istiqamətdə kəskin bir düzəlişin baş verdiyinə dair heç bir əlamət yoxdur. ( erməni mətbuatından)
İSMAYIL TANRIVERDİ, BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
visiontv.az