Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) donanması sualtı qayıqla nüvə başlığı daşıya bilən qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.
Bu barədə ÇXAO açıqlama yayıb.
Bildirilib ki, donanmanın strateji nüvə sualtı qayığının yerli vaxtla saat 12:01-də (Bakı vaxtı ilə 8:01) Sakit okeanın açıq sularına doğru buraxdığı raket təyin olunmuş sulara düşüb.
“Sınaq buraxılışı illik təlim cədvəlinə uyğun baş tutub. Çin müvafiq ölkələrə əvvəlcədən məlumat verib”, - deyə açıqlamada vurğulanıb.
ÇXAO sınaq buraxılışının beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir konkret ölkəyə və ya hədəfə yönəlmədiyini açıqlayıb.
Raket barədə ətraflı məlumat verilməyib.
visiontv.az
DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib