ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb
11.06.2026

ABŞ ordusu Oman körfəzində İrana qarşı tətbiq edilən blokadanı pozduğu iddia edilən daha bir neft tankerinə zərbə endirərək onu sıradan çıxarıb.

Bu barədə  ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)  “X” səhifəsində məlumat yayıb. 

Məlumata görə, bu, həftə ərzində  ABŞ qüvvələrinin sıradan çıxardığı üçüncü kommersiya gəmisidir.

“ABŞ qüvvələri “M/T Jalveer” gəmisinə qarşı tədbir görüb. Gəmi Oman körfəzi vasitəsilə İrandan neft daşımağa cəhd edirdi”, — CENTCOM-dan bildirilib.

CENTCOM-un açıqlamasına görə, Qvineya-Bisau bayrağı altında üzən “Jalveer” tankerinin ekipajı  ABŞ qüvvələrinin göstərişlərinə dəfələrlə əməl etməyib, bundan sonra  ABŞ təyyarəsi gəminin mühərrik bölməsinə iki “Hellfire” raketi ilə zərbə endirib.

Bundan əvvəl isə Palau bayrağı altında üzrən “Marivex” və “Settebello” tankerləri blokadanı pozduqları iddiası ilə sıradan çıxarılıb.

CENTCOM əlavə edib ki, aprelin 13-də blokadanın tətbiqindən sonra  ABŞ qüvvələri tələblərə əməl etməyən 9 gəmini dayandırıb, qaydalara əməl edən 135 gəminin istiqamətini dəyişdirib və humanitar yardım daşıyan 42 gəminin keçidinə icazə verib.

visiontv.az