Keyhan: “İran aktivləri müsadirə olunarsa, ABŞ obyektləri hədəfə çevriləcək”
11.06.2026

İranın ali rəhbərinə bağlı radikal “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari dondurulmuş İran aktivləri ilə bağlı sərt açıqlama verib.

O bildirib ki, əgər İranın dondurulmuş aktivləri üçüncü ölkələrə ötürülərsə, ABŞ-nin hərbi bazaları və iqtisadi obyektləri İran tərəfindən “qanuni hədəf” hesab edilə bilər.

Şəriətmədari iddia edib ki, belə bir vəziyyətdə İranın cavab tədbirləri dəniz nəqliyyatına da təsir göstərəcək.

Onun sözlərinə görə, İran vəsaitlərini alan dövlətlərə məxsus neft və ya digər yükləri daşıyan gəmilər və tankerlər “əmlakın geri qaytarılması” məqsədilə müsadirə olunacaq.

O əlavə edib ki, ABŞ və onun regional müttəfiqləri İranın mümkün cavab addımlarına tab gətirə bilməyəcəklərini nəzərə almalıdırlar.

visiontv.az