Ermənilərin özlərində düzgün xəritələrin olması ciddi şübhə altındadır - Elman Sadıqov
Ermənilərin özlərində düzgün xəritələrin olması ciddi şübhə altındadır - Elman Sadıqov
20.06.2021 Elman Sadıqov Tərəfindən

Ağdam rayonunda minaların xəritəsinin cəmi 20-30% doğru olması ilə bağlı dolaşan xəbərlər təəssüf doğursa da, təəccüb doğurmur.

Gözlənilən idi. Ermənilər bizi aldadıb? Düşünmürəm. Çünki, heç özlərində düzgün xəritələrin olması ciddi şübhə altındadır. Ağdam rayonu üzrə xəritədə 20-30% doğru olanı da düşünürəm ki, son 30 ildə tədricən basdırılan minalardır. 44 günlük müharibə dövründə, xüsusilə müharibənin sonlarına yaxın darmadağın olmuş erməni ordusunun nizamlı bir şəkildə minalar basdırıb onları düzgün şəkildə xəritələrdə əks etdirməsi inandırıcı görünmür. Böyük ehtimalla rayonlardan qaçan və ya boşaltmağa məcbur olan ermənilər əllərində olan bütün minaları xaotik şəkildə tələm-tələsik basdırmışlar. Mən digər rayonlar üzrə də oxşar vəziyyətin olduğunu düşünürəm.

Ermənilərin özlərini “ağıllı” göstərərək Paşinyanın timsalında səhv xəritə vermişik demələri isə özlərini növbəti əsirləri almaq, yenidən spekulyasiyalar yaratmaq üçün sığortalamaları, müxtəlif bazarlıqlar, şərtlər üçün ümid yaratmaq istəkləridir.

P.S. Ermənilər bizdən ağıllı olub bizi aldatmayıblar. Və yaxud, Rusiya bizsiz görülən işdən xeyir olmaz mesajını verməyə çalışsa da, inanmaq olmaz. Konkret olaraq, minaların doğru xəritələrinin olması ehtimalı çox aşağıdır, inandırıcı deyil. Həmin xəritələrin 44 günlük müharibədən öncə basdırılan minalarla bağlı göstəriciləri doğrudur ki, bu da ən yaxşı halda 40-45% ola bilər. Ən yaxşı halda.

Visiontv.az