Zelenski: Rusiya Moldova ilə sərhəddə keçid məntəqəsinə dron hücumu edib
20.08.2026

Rusiya ordusunun son sutkada Ukraynaya hücumları nəticəsində 13 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb.

Bunu Ukrayna Prezidenti  Volodimir  Zelenski  “X” hesabında bildirib.

Onun sözlərinə görə, hücumlar Kiyev regionunu, Odessa və Çerniqov bölgələrini əhatə edib.

Zelenski qeyd edib ki, paytaxt Kiyevdə 12 nəfər ölüb, yaşayış binaları, uşaq xəstəxanası və məktəb kimi bir sıra mülki infrastruktura ziyan dəyib.

Ukrayna lideri vurğulayıb ki, Çeniqovda qaz infrastrukturu hədəfə alınıb, Odessa regionunda Moldova ilə sərhəddə yerləşən keçid məntəqəsinə isə dron hücumu edilib.

Zelenski Ukraynanın “Patriot” və digər Hava Hücumundan Müdafiə vasitələri üçün əlavə raketlərə ehtiyacı olduğunu qeyd edib.

visiontv.az