“Al Arabiyya”nın xəbərinə görə, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani deyib.
Onun sözlərinə görə, bundan əvvəl Suriya İsraillə təhlükəsizlik razılaşması əldə etmək üçün çalışıb, lakin İsrail danışıqlar prosesində öhdəliklərinə əməl etməyib.
“Biz hələ də İsraillə eskalasiyanın azaldılması məqsədilə danışıqlara hazırıq. Bunun üçün İsrail real siyasi iradə nümayiş etdirməlidir”, - Şeybani bildirib.
O, İsrailin hücumlarının Türkiyənin Suriyadakı mövcudluğu ilə izah edilməsini rədd edib və bu cür iddiaların faktlarla təsdiqlənmədiyini vurğulayıb.
Əl-Şeybani Suriyanın öz hərbi potensialını artırmaq haqqına sahib olduğunu qeyd edib.
visiontv.az