Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək
20.08.2026

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Visiontv.az  "Report"a istinadən xəbər verir ki, 39 vaqondan ibarət, çəkisi 2 725 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana  Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək  Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın  "Aİ-92" və  "Aİ-95" benzini ixrac olunub.

visiontv.az