Paşinyanın partiyası kilsə rəhbərinin devrilməsini ölkənin inkişaf planına daxil etdi
20.08.2026

Ermənistanın baş naziri Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qareginin (dünyəvi adı Ktric Nersisyan) devrilməsini ölkənin inkişaf planına daxil edib.

Visiontv.az-ın xəbərinə görə, müvafiq layihə ölkənin vahid elektron hökumət portalının saytında dərc edilib.

Kilsə rəhbərinin devrilməsi ilə bağlı bənd kilsə institutunun mənəvi təhlükəsizlik və islahatlar bölməsində yer alıb. Paşinyanın partiyasının nümayəndələri bu addımı xarici təsirlə mübarizə və onun siyasiləşməsinin qarşısını almaq cəhdi kimi izah ediblər.

"Erməni  Apostol Kilsəsinin faktiki rəhbərinin vəzifədən kənarlaşdırılması (təqaüdə çıxarılması) təmin ediləcək, kilsənin müvəqqəti rəhbərinin seçilməsi isə seçkilər yolu ilə, müəyyən edilmiş prosedura uyğun olaraq keçiriləcək", - deyə proqramın mətnində bildirilib.

Qeyd edək ki, 2025-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanın ilə Erməni  Apostol Kilsəsinin arasında münaqişə açıq siyasi qarşıdurmaya çevrilib. Hakimiyyət kilsə rəhbərliyini siyasətə müdaxilə etməkdə və dövlətin sabitliyini pozmağa cəhddə ittiham edir.

visiontv.az