Trampın Ağ Evə buraxmadığı jurnalistlər məhkəmə sayəsində geri döndülər
25.09.2026

ABŞ Prezidenti Donald Trampın administrasiyası MS NOW, CNN və "Politico" nəşrlərinin jurnalistlərinə Ağ Evin ərazisinə daxil olmağa yenidən icazə verib.

Visiontv.az  xəbər verir ki, bu barədə məlumatı hər üç media qurumu yayıb.

Bundan əvvəl, sentyabrın 24-ü səhər saatlarında  ABŞ dairə hakimi Timoti Kelli mətbuat nümayəndələrinin  Ağ Evə girişinin 14 gün müddətinə dərhal bərpa olunması barədə hökm çıxarmışdı.

Nəşrlərin yazdığına görə, məhkəmənin qərarına baxmayaraq, səhər saatlarında hər üç media qurumunun müxbirləri giriş zamanı yenidən maneələrlə üzləşiblər. Bunun ardınca MS NOW, CNN və "Politico" məhkəməyə qərarın icra edilməməsi barədə məlumat verərək təcili dinləmə tələb ediblər. Tramp administrasiyasına yerli vaxtla saat 12:30-a qədər (Bakı vaxtı ilə 20:30-a qədər) cavab təqdim etmək göstərişi verilib. Bu müddətin bitməsinə bir saatdan az vaxt qalmış MS NOW jurnalistlərinə  Ağ Evin ərazisinə qayıtmağa icazə verilib.

visiontv.az