Trampdan Çin liderinə unikal hədiyyə
25.09.2026

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinə ölkəsinin rəmzlərindən biri sayılan ağbaş qartal heykəli hədiyyə edib.

Visiontv.az  TASS-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda səfərdə olan Çin rəhbərinin şərəfinə  Ağ Evdə təşkil olunan ziyafətdə çıxış edən  ABŞ prezidenti bildirib: 

"Dostluq nişanəsi olaraq ÇXR sədrinə dünyanın ən möhtəşəm sənətkarlarından olan görkəmli amerikalı heykəltəraş tərəfindən hazırlanmış hədiyyəni təqdim etmək mənim üçün böyük şərəfdir. Onun dizaynı mənim və  ABŞ-nin birinci xanımı Melaniyanın şəxsi iştirakı ilə hazırlanıb".

O, budaq üzərində qanadlarını açmış iri quş formasında olan heykəli nümayiş etdirərək deyib:

"Ağbaş qartal  Amerikanın azad və uca ruhunu təcəssüm etdirən milli rəmzidir. Ümid edirik ki, Pekində onun üçün gözəl bir yer tapılacaq. Bu, sizin şərəfinizədir".

ABŞ rəhbəri heykəlin hansı materialdan hazırlandığını və heykəltəraşın adını açıqlamayıb.

visiontv.az