ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin bitməsi Rusiyaya təzyiqi hədəfləyən qanununun həyata keçirilməsini təxirə salıb. Bununla da o, Konqresdə təmsil olunan demokratlar və respublikaçıların sərt tənqidlərinin hədəfi olub.
Trampın oktaybrın 16-da imzaladığı əmrdə tədbirlərin təxirə salınmasının ABŞ-nin milli maraqlarına uyğun olduğu qeyd edilib. ABŞ lideri qərarını sanskiyaların qüvvəyə minəcəyindən iki gün əvvəl verib.
Söhbət “Lindsi O. Qrem Rusiya və İrana qarşı sanskiya aktı” qanunundan gedir. Qanun 2026-cı ilin sentyabrında Tramp tərəfindən təsdiqlənib. O, Ukraynanın tərəfdarlarından olan senator Lindsi Qremin ölümündən sonra onun şərəfinə adlandırılıb.
Qanun prezidentə Rusiya Prezidenti Vladimir Putin üzərində əlavə rıçaqlar verir. Buna əsasən, Rusiyan neft və qazını alan ölkələrə ABŞ lideri 100%-ə qədər tariflər tətbiq etmək, Rusiya rəsmiləri, maliyyə institutlarına sanksiya irəli sürmək haqqına sahib olub.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də qərarı təəssüflə qarşıladığını bildirib?
“Rusiyanın bizim enerji sektorumuza kütləvi hücum həyata keçirdiyi vaxtda Amerikada Lindsi Qrem Aktını tamamilə nəzərə almayan qərar təəsüf ki qəbul edilib. Bu akt Rusiya üzərində müharibəni sona çatdırmaq üçün həqiqətən effektiv təzyiq yarada bilərdi” – deyə o X səhifəsində yazıb.
O həmçinin əlavə edib ki, Rusiya milyonlarla ukraynalını qış öncəsi elektrik və istilikdən məhrum etmək istəyir. Onun sözlərinə görə, sanksiyaların tətbiq olunmaması, Putin üçün mükafatdır və bu yalnız onu hücumları gücləndirməyə həvəsləndirəcək.
Bununla belə hazırda əsas sual Tramp administrasiyasının Konqresi sanksiyalar və tarifləri təxirə salacaq hansı izahatla təmin etdiyidir. Digər tərəfdən isə Trampın qərarı həm də Rusiyanın dizel yanacağının idxalına sanksiyaların müvəqqəti yumşaltdığı dönəmə təsadüf edir. Bu da həmçinin noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində administrasiyanın ölkədəki yanacaq qiymətlərini aşağı salmaq cəhdləri fonunda baş verir.
visiontv.az