Xatəmi: “İranın Fələstin böhranına müdaxilə etmək hüququ yoxdur”
16.10.2026

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkəsinin Fələstin-İsrail münaqişəsinə müdaxiləsini tənqid edərək, İslam Respublikasının Fələstin böhranına müdaxilə etmək hüququ olmadığını bildirib.

O, bu siyasətin İran xalqına baha başa gəldiyini və belə yanaşmanı qəbul etmədiyini deyib.

Xatəmi İran hökumətinin özünü Fələstin xalqının yerinə qoyaraq onun taleyi ilə bağlı qərarlar verməməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, İranın bu məsələyə müdaxiləsi ölkə əhalisinə ciddi zərər vurub.

O, İsrailin addımlarını tənqid etsə də, Fələstin xalqına dəstək verməklə İranın münaqişəyə müdaxiləsini fərqli məsələlər kimi dəyərləndirib. Xatəmi Tehranın Fələstin xalqının adından qərar vermək səlahiyyətinin olmadığını bildirib.

visiontv.az