Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı
17.10.2026

Şimali Kiprin Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 9 şübhəli şəxsin həbs müddəti daha bir həftə artırılıb.

Visiontv.az  xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Növbəti məhkəmə prosesi oktyabrın 23-də baş tutacaq.

Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan bərədə  Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü  Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.

visiontv.az