Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
17.10.2026

Rusiya neft emalı zavodlarının dizel istehsal gücü tələb olunduğundan iki dəfə çoxdur və hətta təmir işləri aparılsa belə, ixrac üçün kifayət edəcək.

 Bunu Rusiya Baş nazirinin müavini  Aleksandr  Novak bildirib.

O, Rusiyanın Hava Hücumundan Müdafiə sistemini və neft emalı zavodlarının passiv mühafizəsini gücləndirməyə davam etdiyini və şirkətlərin müdafiə avadanlıqlarına investisiya qoyduğunu söyləyib.

Novak vurğulayıb ki, ABŞ-a yük daşımaları, sığorta və dizel tədarükü ilə bağlı bütün məsələlər faktiki olaraq artıq həll edilib.

Qeyd edək ki, ötən həftə Vladimir Putin və Donald Tramp Rusiya dizel yanacağının  Amerika və qlobal bazarlara tədarükü barədə razılığa gəliblər. Oktyabrın 15-də Rusiya Baş nazirin müavini  Aleksandr Novak Rusiya şirkətlərinin ixracata başlamağa hazır olduğunu, lakin lazımi prosedurların iki-üç həftə çəkəcəyini açıqlayıb.

visiontv.az