Tehran Ukraynanı vurmağa hazır olub, amma son anda hücumu təxirə salıb
04.08.2026

Ötən ay Ukrayna Xəzər dənizində İranın yük gəmisini hədəfə alandan sonra Tehran Ukraynanı vurmağa hazır olub, amma son anda hücumu təxirə salıb. Bunu İranın ali liderinin müşaviri Möhsün Rezayi deyib.

"Ukraynada üç nöqtəyə zərbə endirməyə hazır idik. Lakin onlar hücumun səhvən baş verdiyini deyəndən sonra bu iddianı araşdırmaq üçün cavab hücumunu dayandırdıq", – Rezayi avqustun 3-də dövlət televiziyasına bildirib.

"İstənilən halda onlar bu hücumun bədəlini ödəyəcəklər", – o əlavə edib.

Tehran iddia edir ki, hədəfə alınan gəmi mülki yük daşıyırdı, Ukraynanın zərbəsindən bir iranlı dənizçi həlak olub. Ukrayna isə bildirib ki, gəmi İrandan Rusiyaya dron və raket komponentləri aparırdı.

visiontv.az