İranda daha 9 etirazçı edam edilə bilər
04.08.2026

Yanvar etirazları zamanı Şimalı Xorasan əyalətinin İsfərayen şəhərində həbs edilən 9 nəfərin həyatı təhlükədədir.

Bu barədə insan ahqları təşkilatları xəbərdarlıq edib.

Hazırda mühakimə prosesləri avam edən etirazçılar "yer üzündə fitnə-fəsad yaymaq", "qətl", "müharibə" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq"da ittiham olunublar.

İran qanunlarına görə bu ittihamlar məhkumun edam olunması barədə qərarla nəticələnir.

İnsan haqları təşkilatları məhbuslara qarşı irəli sürülən ittihamların əsassız olduğunu, onlardan işgəncə altında məcburi etiraf alındığını bildirirlər.

visiontv.az