Şərqi Azərbaycanda iş qəzası: Yaralananlar var
04.08.2026

Şərqi Azərbaycan əyalətinin Çaroymaq rayonununda mədəndə qəza baş verib.

Bu haqda əyalətin Təcili Yardım Mərkəzi məlumat yayıb.

Məlumata görə, yükləyici avadanlığın aşması nəticəsində 3 mədənçi yaralanıb.

Onların 3 saat xilasetmə əməliyyatından sonra mədəndən çıxarılaraq xəstəxanaya köçürülükləri bildirilib.

Qeyd edək ki, son 3 ay ərzində Şərqi Azərbaycan əyalətində  baş verən iş qəzaları nəticəsində 17 nəfər həyatını itirib, 300 nəfər yaralanıb.

İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına görə dünya ölkələri arasında 102-ci yerdədir.

visiontv.az